Bir ailənin 5 üzvü zəhərləndi

15 İyul, 2019 17:58 | Sosial | Baxış sayı: 162
Təcili yardım maşını
Təcili yardım maşını

Xəstəxanaya çatdırılıblar

Qubada bir ailənin 5 üzvü qidadan zəhərlənib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Quba rayon mərkəzi xəstəxanasının baş həkimi Əlyar Sərvərovun verdiyi məlumata görə, Dəlləkli kənd sakinləri - 67 yaşlı Zöhrə Hüseynova, nəvələri 11 yaşlı Bilal və 8 yaşlı Ömər Ömərovlar, digər ailə üzvləri - 32 yaşlı Mavigül və 31 yaşlı Rəhilə Ömərovalar zəhərlənmə dioqnozu ilə xəstəxanaya çatdırılıblar.

Onlara təcili olaraq tibbi yardım göstərilib, mədələri yuyulub və müvafiq tədbirlər görülüb. İlkin olaraq onların toyuq ətindən zəhərləndikləri ehtimal edilir.

Qəbul etdikləri qidadan müvafiq nümunələr götürülərək Respublika Epidemiologiya və Gigiyena Mərkəzinin laboratoriyasına göndərilib. Nümunələrin cavabı açıqlandıqdan sonra zəhərlənmənin səbəbləri məlum olacaq.

Araşdırmalar başlanılıb. Zəhərlənən 5 nəfərin hazırda vəziyyətləri stabildir.