Tarif Şurası 10385 dərmanın qiyməti haqda qərar verdi

15 İyul, 2017 07:20 | Sosial | Baxış sayı: 106
Dərman vasitələri
Dərman vasitələri

Dərman qiymətləri təsdiqləndi

Azərbaycanda bir sıra dərmanların qiyməti təsdiqləndi. İstiPress-in məlumatına görə, ötən gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, bir sıra dərman vasitələrinin qiymətləri də təsdiq edilib.

Ümumilikdə, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 10385 dərman vasitəsinin tam siyahısı Şuranın rəsmi internet saytında yerləşdirilib.

Siyahı ilə BURADAN tanış ola bilərsiz.