Siam əkizləri universitetə imtahan verdilər - Türkiyədə FOTO

15 İyun, 2019 15:01 | Sosial | Baxış sayı: 124
Siam əkizləri
Siam əkizləri

Bacılar imtahanda iştirak edən yeganə siam əkizləridirlər

Türkiyədə siam əkizləri universitetlərə keçirilən qəbul imtahanlarında iştirak ediblər. Bacılar Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) keçirdiyi imtahana Kahramanmaraşdan qatılıblar.

18 yaşlı Ayşə və Səma Tanrıkulu bacılarını imtahana babaları gətirib. 

Tanrıkulu ailəsinin övladları Türkiyədə imtahanda iştirak edən yeganə siam əkizləridirlər. 

Xatırladaq ki, Ayşə və Səmanın bədənlərinin beldən aşağı hissəsi bitişikdir.