Rostropoviçin qızı İlham Əliyevə təşəkkür etdi

15 İyun, 2017 09:24 | Sosial | Baxış sayı: 27
Yelena Rostropoviç
Yelena Rostropoviç

Yelena Rostropoviç: "Atamın 2003-cü ildə Heydər Əliyev ilə başladığı işi davam etdirmək istəyirəm"

"Atamın xatirəsinin əbədiləşdirdiyinə görə prezident İlham Əliyevə təşəkkür edirəm. Buna görə də bura gəlib işimi davam etdirmək istəyirəm. Atamın 2003-cü ildə Heydər Əliyev ilə başladığı işi davam etdirmək istəyirəm".

İstiPress xəbər verir ki, bunu Vişnevskaya-Rostropoviç Beynəlxalq Tibb Fondunun prezidenti, dünya şöhrətli violonçel ustası Mstislav Rostropoviçin qızı Yelena Rostropoviç deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda ürək qüsurları ilə yeni doğulmuş körpələrin kardiomüayinəsi üzrə pilot layihə həyata keçirilir.

O əlavə edib ki, fondun təşəbbüsü ilə bu proqram artıq 7 ölkədə fəaliyyət göstərir.