Məktəbli qız suda batdı

15 May, 2020 14:45 | Sosial | Baxış sayı: 95
Suda boğulma
Suda boğulma

Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub

Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsi ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Məmmədova Aysun Arzu qızı batıb.

İstiPress-ə bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.