Ermənistanda koronavirusa rekord yoluxma qeydə alındı

15 May, 2020 11:57 | Sosial | Baxış sayı: 134
Koronavirus Ermənistanda
Koronavirus Ermənistanda

Xəstə sayı 4044-ə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 184 nəfər artaraq 4044-ə çatıb.

İstiPress-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 3 nəfər artaraq 52-yə çatıb. Ümumilikdə 1666 pasiyent müalicə olunaraq sağalıb.

2304 xəstənin müalicəsi davam etdirilir, 37 476 insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.