Şeyx: "Mən sabahdan oruc tutmağa başlayacam"

15 May, 2018 12:03 | Sosial | Baxış sayı: 935
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə

QMİ sədri Ramazan ayının fərqli vaxtlarda başlamasına münasibət bildirdi

"Ola bilsin bəzi dövlətlərdə Ramazan ayının başlaması fərqli vaxtlara təsadüf edir". İstiPress-in "report"a istinadla verdiiy məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda Ramazan ayının nə vaxt başlaması ilə bağlı Şamaxı Rəsədxanasının alimləri ilə məsləhətləşmələr aparılıb: "Mayın 17-si ilk gündür. Şəvval ayının birinci günüdür. Mən isə sabahdan artıq orucumu tutmağa başlayacam".

A.Paşazadə qeyd edib ki, din xadimlərinin iftara qədərki ehsan mərasimlərində iştirakı düzgün deyil: "Bu Allaha qarşı getməkdir. Xahiş edirik ki, bu məsələyə diqqət edin. Yalançı mollalar da narahatedici məqamlardır. Qeydiyyatdan keçməyənlər molla əvəzi işləyirlər. Bu da şəriətin əleyhinədir. Dini mərasimlərin sırf mollaların aparılmasına diqqət edilməlidir. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi bu məsələdə bizə yardım etməlidir".

İstiPress-in məlumatına görə, QMİ Azərbaycanda saxta molla problemi olduğunu da bildirib. O, yalançı mollaların fəaliyyət göstərdiyini gördüklərini bildirib.  

O qeyd edib ki, QMİ-də qeydiyyata alınmayan, icazəsi olmayan insanlar molla paltarı geyinib fətva verirlər və bu, ciddi problemdir: “Faktiki olaraq bu, qanun pozuntusudur. Bizim tərəfimizdən təyin edilməyən insanların dini mərasimlər aparmasının qarşısı alınmalıdır və bu istiqamətdə iş gedir. Mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən də xahiş edərdim ki, bu işdə bizə kömək etsin”.