Bakıda çox varlı iş adamının ölüm xəbəri yalan çıxdı - YENİLƏNİB

15 Aprel, 2019 16:59 | Sosial | Baxış sayı: 308
Rasim Salmanov
Rasim Salmanov

Bu gecə qəflətən vəfat etdiyi deyilmişdi

Bakıda çox varlı iş adamı  Rasim Salmanovun ölüm xəbəri yalan çıxdı.

İstiPress-in məlumatına görə, iş adamının bacısı qızı “Qafqazinfo”ya müraciət edərək ölüm xəbərinin yalan olduğunu bildirib. 

“Qafqazinfo” bununla əlaqədar “Bizim market”lə əlaqə saxlayıb. Şirkətin hüquqşünası Tağı Qənbərov da yayılan məlumatın yanlış olduğunu deyib: “Mən həm də Rasim müəllimin vəkiliyəm. Rasim müəllim hazırda mənim yanımdadır”.

15:29

“Bizim Market” mağazalar şəbəkəsinin və köhnə “Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bu gecə qəflətən vəfat edib. 

İstiPress-in "AzPolitika.info"ya istinadən məlumatına görə, iş adamının ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, qalmaqllı iş adamı olan Rasim Salmanov “Bizim market” mağazalar şəbəkəsi ilə yanaşı, “Zövq İnşaat” tikinti şirkətinin, “Zövq İnşaat” plastik qapı-pəncərə istehsal müəssisəsinin, “Bakı”, “San Remo” və “Nilufər” şadlıq saraylarının, Babək prospektində yerləşən “Audi Bakı Mərkəzi”nin, “Cadillac Bakı Mərkəzi”nin və “Kilim mebel” salonunun sahibi idi .