Bakıda hələ belə mərkəz olmamışdı FOTOLAR

15 Aprel, 2019 13:44 | Sosial | Baxış sayı: 506
Qovşaq
Qovşaq

MDB məkanının 3-cü ən nəhəng qovşağı açıldı

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində Nəqliyyat qovşağı istifadəyə verilib. İstiPress-in məluma tınagörə, məqsəd ölkəmizə səfər edən turistlərin, eləcə də regionlardan paytaxta gələn vətəndaşlarıntəhlükəsizliyini və rahatlığını təmin etmək, avtobusların, minik avtomobillərinin hərəkətini nizamlamaqdır. 

Ərazidə 93 nömrədən ibarət beşmərtəbəli “Baku Crossway Hotel”i və yenidən təmir olunaraq istifadəyə verilən ikimərtəbəli hostel fəaliyyət göstərir.

MDB məkanının 3-cü ən nəhəng qovşaqda minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədi ilə vahid məkanda yerləşdirilib.

Nəqliyyat Qovşağının daxilində Sumqayıt Avtostansiyası da fəaliyyət göstərəcək.  Qovşaqda fəaliyyət göstərən Sumqayıt Avtostansiyasında ümumilikdə Bakı-Sumqayıt istiqamətində hərəkət edən 9 marşrut xətti üzrə 78 avtobus xidmət göstərəcək. Marşrut xətlərinin siyahısı: 501, 502, 503, 504, 533, 511, 551, 553, 567. 

Kompleksdə dispetçer və bilet satış məntəqəsi, gözləmə zalları, müasir standartlara cavab verən ictimai-iaşə obyektləri, telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərən yeni “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir.

Eyni zamanda, nəqliyyat və piyada axınları, avtonəqliyyat vasitələrinin giriş-çıxış yerləri bir-birindən ayrılıb.

Artıq Sumqayıt avtostansiyası da qovşaq ərazisində fəaliyyət göstərir.

Sərnişinlər biletləri BBAK-ın, “Silkway” turizm şirkətinin kassalarından və onlayn bilet satışı sistemi vasitəsi ilə “www.avtovagzal.az” saytından əldə edə bilərlər.

Bu istiqamətdə görülən işlərdən biri kimi müasir bilet kassaları formalaşdırılıb. Kassaların üzərində istiqaməti, istiqamət üzrə biletin qiyməti, perron, avtobusun dövlət qeydiyyat nişanı, avtobusun tutumu və mövcud olan boş yerlər haqda məlumatları əks etdirən monitorlar quraşdırılıb.