Deputatdan qeyri-adi təklif - şagirdlər məcburi ...

15 Mart, 2019 13:30 | Sosial | Baxış sayı: 207
Üzgüçülük
Üzgüçülük

Bu xidmət dövlət hesabına olmalıdır

“Şagirdlər məcburi şəkildə həftədə bir dəfə hovuzda üzgüçülüyə cəlb edilməlidir. Bu, dövlət hesabına həyata keçirilməlidir”.  Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elmira Axundova deyib.

“Hər il yüzlərlə insan Xəzər dənizi, Kür və Araz çaylarında boğulurlar. Avropa təcrübəsini öyrənəndə görürük ki, orada şagirdlərə üzgüçülüyü öyrətməyə çalışırlar. İnanın, heç bir artıq xərc insan həyatından önəmli deyil”.

Deputat sənədsiz evlərin məsələsinə də toxunub: “Xalq arasında “kupça” adlı sənədin verilməsinin sadələşdirilməsi haqqında sərəncamı yüksək qiymətləndirirəm. 20-30 ildir orada yaşayır, komunal xərclər ödəyirlər, lakin əllərində bir sənəd olmadığından onlar dövlətə nə əmlak vergisi ödəyə bilirlər, nə də bu evlər alqıl-satqı predmetidir. Ona görə də dövlətə ödəniləcək əlavə vergilər büdcəyə yox, kimlərinsə ciblərinə axır. Halbuki bu evlər sənədləşsə, dövlət təxmini heablamlara görə 300-500 milyon manat əlavə gəliri büdcəyə yönəldə bilər. Nə üçün bu leqal gəlirdən imtina edərək, hanısa məmurun “qara kassa”sını doldururq”.