Bakının ən ucuz evlərinə avtobus açıldı

15 Mart, 2019 14:52 | Sosial | Baxış sayı: 99
Yasamal Yaşayış Kompleksi
Yasamal Yaşayış Kompleksi

Bir neçə marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib

Bakı Nəqliyyat Agentliyi (BNA) Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə birgə əməkdaşlığı çərçivəsində Yasamal Yaşayış Kompleksində yaşayan sakinlərinin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə bir neçə marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. 

IstiPress-in məlumatına görə, dəyişikliyə əsasən 16 martdan 206 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar kompleksin ərazisindən keçməklə hərəkət edəcəklər.