Azərbaycanda əhalinin sayı açıqlandı

15 Mart, 2019 18:50 | Sosial | Baxış sayı: 198
Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı açıqlanıb

İlin əvvəlindən əhalinin sayı 6980 nəfər artıb

2019-cu il fevral ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı 9988437 nəfərə çatıb. İlin əvvəlindən əhalinin sayı 6980 nəfər və ya 0,1 faiz artıb.

Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Hazırda hər 1000 kişiyə 1003 qadın düşür.

Amma "countrymeters.info" saytı Azərbaycan əhalisinin daha çox - 10 milyon 270 min nəfər olduğunu bildirir.