Azərbaycanda 7,55 milyona xəstəxana tikiləcək

15 Mart, 2018 08:40 | Sosial | Baxış sayı: 151
Xəstəxana
Xəstəxana

Prezident sərəncam verib

Qubada yeni xəstəxana tikiləcək. Prezident İlham Əliyev səhiyyə obyektlərinin tikintisinin davam etdirilməsi məqsədi ilə sərəncam imzalayıb. Sərəncamda deyilir: 

"Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 7,55 milyon (yeddi milyon beş yüz əlli min) manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılsın".

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə is\ göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.