Koronavirus can almağa davam edir

15 Fevral, 2020 14:12 | Sosial | Baxış sayı: 70
Koronavirus
Koronavirus

Taclı virus qurbanları 1500-ü ötdü

Çində koronavirusun yeni ştammından (COVID-2019) ölənlərin sayı 1523 nəfərə çatıb. Sağalanlar isə 8096 nəfərdir. 

ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsinin məlumatına görə, ölkədə virusa yoluxanların sayı 66 400 nəfəri ötüb.

Virusun üstünlük təşkil etdiyi regionlar arasında isə hər zamanki kimi Xubey liderlik edir. Ölüm və yoluxma faktlarının mütləq əksəriyyəti məhz bu regionda qeydə alınıb. 

Pekində son sutka ərzində 372 yoluxma qeydə alınıb ki, onlardan 3-ü ölümlə nəticələnib.