Sumqayıt yolundakı tıxacların çarəsi

15 Yanvar, 2020 12:11 | Sosial | Baxış sayı: 210
Bakı-Sumqayıt yolunda tıxac
Bakı-Sumqayıt yolunda tıxac

İyuna qədər yolda genişlənmə işləri bitəcək

"Hazırda Bakıdan Sumqayıta hər gün 12-14 min, Sumqayıtdan Bakıya isə hər gün 10-12 min avtomobil gedir. Həmin istiqamətində 28 km-lik məsafədə yolun genişləndirilməsi başlayıb. May ayının sonuna (iyuna) qədər bu işləri görüb yolu vətəndaşların istifadəsinə verməyi düşünürük”, 

Bu müjdəni sürücülərə Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov verib. Onun sözlərinə görə, Bakı-Sumqayıt yolu 7-10 min avtomobilin hərəkəti üçün hesablanaraq tikilib. 

Son zamanlar bir sıra sənaye məhəllələri və parkları açılıb deyə Bakı-Sumqayıt yolu ilə hərəkət edən avtomobillərin sayı kəskin artıb.

İşlər çərçivəsində Bakıda da 7-8 km hissədə genişlənmə nəzərdə tutulub.