Rus qadın Azərbaycana qaçırılmış oğlunu 30 ildən sonra tapdı – VİDEO

15 Yanvar, 2020 19:26 | Sosial | Baxış sayı: 238

Heç rusca bilməyən oğlanın adını Bəxtiyar qoyublar

Rusiyanın Krasnoyarsk vilayətində yaşayan Olqa Derbedeneva 30 ildən sonra Azərbaycanda yaşayan Bəxtiyar adlı oğlunu tapmağa müvəffəq olub.

İstiPress-in məlumatına görə, rus qadın Masallıda yaşayan və heç rusca bilməyən Bəxtiyarı Rusiyanın “Birinci kanal”ında yayımlanan proqram sayəsində tapıb. Verilişdə 

1987-ci ildə Olqa Derbedeneva Azərbaycan vətəndaşı Ələddin Kərimovla tanış olanda əmin idi ki, bu onun həyatının eşqidir. İki il sonra cütlüyün Brüs Li adlı oğlu dünyaya gəlir.

Daha bir il sonra Ələddin oğlunu götürərək Rusiyanı tərk edib.

Bütün bu illər ərzində qadın uşağını tapmaq üçün axtarışlar aparıb. Olqa Derbedeneva 30 ildən sonra Rusiyanın “Birinci kanal”ında yayımlanan proqram sayəsində oğlunu tapmağa müvəffəq olub.

Məlum olub ki, Ələddin Kərimov oğlunu Azərbaycana apardıqdan sonra onun adını Bəxtiyar adı ilə dəyişdirib və anasının qatarın altında qalaraq öldüyünü deyib.

Ana və oğul 30 ildən sonra ayrılığa son qoyaraq görüşə biliblər.