Bakının ən məşhur bazarında yanğın - VİDEO

14 Dekabr, 2019 21:06 | Sosial | Baxış sayı: 264

Hadisə yerinə 5 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib

Bakının Nəsimi rayonunda yerləşən 3-cü mikrorayon bazarı adlanan ərazidə yanğın baş verib.

İstiPress FHN-ə istinadən xəbər verir ki, Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri  hadisə yerinə cəlb olunub.

Hadisə yerinə 5 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. 

Baş verən yanğın saat 19 radələrində söndürülüb.