Təyyarədə Bakı sakininin külli miqdarda pulu oğurlanıb

14 Noyabr, 2019 18:33 | Sosial | Baxış sayı: 70
Dollar
Dollar

Çantasından çıxarıblar

Təyyarədə Bakı sakininin külli miqdarda pulu oğurlanıb.

İstiPress-in məlumatına görə, Bakı-Dubay reysinin təyyarəsində sərnişin olan T.Vahabovun çantasından oğurluq edilib.

Məlumata görə, ona məxsus 10 min ABŞ dolları və 710 manat pul oğurlanıb. Hadisə vaxtı zərərçəkən Dubay şəhərinə gedirmiş.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.