Paşinyan erməni məktəblərində İslam dərsi keçdirəcək

14 Noyabr, 2019 16:15 | Sosial | Baxış sayı: 501
İrəvanda Göy Məscid
İrəvanda Göy Məscid

Eçmiadzin ermənilərin dinini dəyişməsindən qorxur

Ermənistan məktəblərində  "Erməni kilsəsinin tarixi " dərsi ləğv ediləcək və yerinə "Din tarxi " və ya "Dinşünaslıq" dərsi keçiləcək.

İstiPress-in məlumatına görə, bu barədə  İrəvanda dərc olunan "Past" qəzeti yazır. Qəzetin mənbəyinin verdiyi məlumata görə, bu, o deməkdir ki, artıq erməni məktəblərində yalnız Erməni Apostol Kilsəsinin, yaxud xristtianlığın tarixi deyil, başqa dinlərin də tarixi öyrədiləcək.

Yəni erməni məktəblərində İslamın öyrədilməsi də qaçılmaz olacaq.  Qeyd edək ki, ənənəvi sünni ermənilərdən, yəni həmşinlərdən fərqli olaraq Ermənistanda şiə erməni müsəlmanları da yaranıb və sayları bir neçə mini keçib. Bir neçə il qabaq Qumda magistr təhsili almış İrəvan sakini Arsen Safaryan Göy məsciddə fəaliyyətə başlayaraq Ermənistan müftisi vəzifəsini tutub.  

Mənbə onu da bildirib ki,  hazırda rəsmilər müxtəlif variantlar müzakirə edirlər ki, erməni millətçiləri, xüsusilə də Erməni Apostol Kilsəsi buna müdaxilə etməsin. Qriqoryan məzhəbli Erməni Apostol Kilsəsinin narahatlığı isə səbəbsiz deyil. Eçmiadzin təmsilçiləri qorxur ki, başqa dinlər, xüsusilə də İslam barədə məlumat elan ermənilər dinlərini dəyişə bilərlər.

Məsələ bundadır ki, xristianlıqda yalnız Qriqoyan  kilsəsi monofizitdir, buna görə də digər xristianlıq cərəyanları və o cümlədən İslam teoloqları tərəfindən müşrik, yəni Tanrıya şərik qoşan sayılırlar. İsanın ruhunu bədənindən ayrı sayan diafizit xristianlardan - katoliklərdən və ortodokslardan fərqli olaraq, monofizit qriqoyanlar üçün İsanın bədənini də ilahi mənşəli sayılır.  Bu isə çağdaş biliklərə malik gənclərin digər monteist cərəyanlara, xüsusilə də İslama keçməsinə səbəb ola bilər.