Azərbaycanda yeni telekanal yaradılır

14 Noyabr, 2017 16:57 | Sosial | Baxış sayı: 614
Telekanal
Telekanal

Milli Televiziya və Radio Şurasından açıqlama

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

İstiPress-in məlumatına görə, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən  16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.

İclasda həmçinin Dalğa TV-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılmış və ona peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.