Sürücülərə xəbərdarlıq - Yol bağlanır

14 Oktyabr, 2019 12:46 | Sosial | Baxış sayı: 67
Yol polisi
Yol polisi

Hərəkət nəqliyyat vasitələri üçün tam məhdudlaşdırılıb

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolun bağlanması ilə bağlı müraciət yayıb.  Məlumata görə, bu gün Abşeron rayonu, Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinin aparılacaq. Bununla əlaqədar 300 metr məsafədə yolun hərəkət hissəsi nəqliyyat vasitələri üçün tam məhdudlaşdırılıb.

Bunu nəzərə alaraq BDYPİ sürücülərdən xahiş edir ki, müəyyən müddət ərzində alternativ yollardan istifadə etsinlər.

Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, Gecə saatlarında isə Xətai rayonu, Xudu Məmmədov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacağını elan edib. 

"Bu üzdən sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur".