Bakıda bu küçə yenidən bağlanır

14 Oktyabr, 2017 13:02 | Sosial | Baxış sayı: 91
Küçədə təmir işləri
Küçədə təmir işləri

Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

"Azəravtoyol” ASC tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

ASC-dən İstiPress-ə verilən məlumata görə, bu gün axşam saat 22:00-dan etibarən Xətai rayonu, Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

“Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq”, - deyə məlumatda qeyd olunur.