Bakı metrosu işini yeni qaydalarla bərpa edib - FOTO

14 Sentyabr, 2020 10:24 | Sosial | Baxış sayı: 25
Bakı metrosu - 14 sentyabr 2020
Bakı metrosu - 14 sentyabr 2020

72 gündən sonra Bakı metrosu yenidən sərnişinlərinin xidmətindədir.

Trend-in məlumatına görə, bu gün – sentyabrın 14-ü səhər saat 06:00-dan metropoliten sərnişindaşıma fəaliyyətini bərpa edib.

Qeyd edək ki, metropolitenin fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirus (“COVID-19”) infeksiyası ilə əlaqədar ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, bərpa edilib.

Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, sentyabr ayının 30-na qədər elan edilmiş xüsusi karantin rejimi dövründə metropoliten stansiyaları həftəiçi 5 gün səhər saat 6-dan gecə saat 00:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. İstirahət günləri ərzində digər ictimai nəqliyyat vasitələri kimi metropoliten də sərnişin daşımayacaq.

Bakı metrosu
Bakı metrosu
Metronun girişi
Metronun girişi
Metro sərnişinləri
Metro sərnişinləri
Metroda eskalator
Metroda eskalator
Bakı metrosunda qatar
Bakı metrosunda qatar