Türkiyədə vəfat etmiş azərbaycanlı jurnalist doğulduğu rayonda dəfn edildi

14 Sentyabr, 2018 18:53 | Sosial | Baxış sayı: 354
Nigar İsmayılqızı
Nigar İsmayılqızı

Mərhum jurnalist atasının yanında dəfn olunub

Türkiyədə qan xərçəngindən müalicə olunan və dünyasını dəyişən tanınmış jurnalist Nigar İsmayılqızının cənazəsi Azərbaycana gətirilib və bu gün Şabran şəhər qəbristanlığında dəfn edilib.

Mərhumun yaxın dostu  jurnalist Əlişir Əhəd İstiPess-in sorğusunun cavabında bu barədə məlumat verib. Əlişir Əhəd bildirib ki, 34 yaşı sentyabrın 13-də tamam olan Nigar Şabranda doğulub, sonra ailəsilə Bakıda yaşayıb.

Nigarın atası İsmayıl da 53 yaşında xərçəngdən dünyasını dəyişmişdi, mərhum jurnalist atasının yanında dəfn olunub. Dəfn mərasimində yaxınları, ailə üzvləri, dostları və həmkarları iştirak edib.

Arzuları yarımçıq qalan həmkarımıza Allahdan rəhmət diləyirik!