Müəllim ixtisası seçən yüksəkballılar 2 min dəfə artb

14 Sentyabr, 2018 15:56 | Sosial | Baxış sayı: 90
İlham Əliyev 28 nömrəli tam orta məktəbin açılış mərasimində
İlham Əliyev 28 nömrəli tam orta məktəbin açılış mərasimində

İlham Əliyev son iki ilin rəqəmlərini müqayisə edib

Bu il 500-dən artıq bal toplayan 2 mindən çox abituriyent müəllim peşəsini seçib. 

İstiPress-in məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi bildirib.

Azərbaycan prezidenti əlavə edib:  "Bu, müəllim peşəsinə olan marağın ən bariz nümunəsidir. Müqayisə üçün deməliyəm ki, 2016-cı ildə 500-dən çox bal toplayan abituriyentlərin cəmi 1 nəfəri müəllim peşəsini seçmişdi, indi isə 2 min. Bu, ilk növbədə, məktəb fondunun müasirləşdirilməsini, məktəblərin əksəriyyətində gözəl şəraitin olmasını, müəllimlərin məişət problemlərinin həllini göstərir. Son illər ərzində müəllimlərin maaşları əhəmiyyətli dərəcədə artıb və cəmiyyətdə müəllimə olan ənənəvi hörmət bərpa edilir. Bu, çox sevindirici haldır. Ona görə müəllimlərin problemlərinin həlli üçün gələcəkdə də işlər aparılacaq. Təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır. Biz bunu müxtəlif göstəricilərdə görürük və ümid edirəm ki, bu uğurlu proses bundan sonra da davam etdiriləcəkdir".

İlham Əliyev 28 nömrəli tam orta məktəbin açılış mərasimində
İlham Əliyev 28 nömrəli tam orta məktəbin açılış mərasimində