Yol polisindən 15 sentyabr xəbərdarlığı

14 Sentyabr, 2017 12:03 | Sosial | Baxış sayı: 109
Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları
Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları

Yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək

Yol polisi 15 sentyabr Bilik günü ilə bağlı xəbərdarlıq edib. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, dərs ilinin başlanması ilə əlaqədar olaraq, yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək. Məqsəd yollarda sıxlığın yaranmaması, hərəkət axınını normal qaydada təşkil etmək və məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyini təmin etməkdir. 

Süni tıxacların yaranmaması, qəzalarınbaş verməmsi üçün polis valideynlərə də müraciət edib.

"Buna görə də hər bir sürücü nizam-intizamlı olmalı, “Yol hərəkəti haqqında” qanunun tələblərinə əməl etməli, ərazidə polis əməkdaşının xidmət aparıb aparmamasından asılı olmayaraq, dayanma və durma tələblərini düzgün yerinə yetirməlidir”.