Rusiyanın peyvəndi koronavirusdan ən azı 2 il qoruyacaq

14 Avqust, 2020 10:36 | Sosial | Baxış sayı: 37
Rusiyanın koronavirus əleyhinə vaksini
Rusiyanın koronavirus əleyhinə vaksini

Rusiya Müdafiə Nazirliyi və “Qamaleya” adına Milli Tədqiqat Mərkəzi tərəfindən birlikdə hazırlanan koronavirus peyvəndi qəbul edildikdən sonra ən azı iki il ərzində vətəndaşları infeksiyadan qoruyacaq.

İstiPress-in məlumatına görə, bu barədə “Rossiya 1” telekanalının efirində “Qamaleya” adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq danışıb.

“Peyvəndin təsir müddəti və qoruyucu xüsusiyyətləri qısa müddət- altı ay və ya bir il deyil, ən azı iki il davam edəcək”,- deyə Qintsburq bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin avqustun 11-də ölkədə koronavirusa qarşı dünyada ilk peyvəndin qeydiyyatdan keçdiyini açıqlamışdı.