Bakıda sakinlərə küçəyə çıxmamaq tövsiyyə olunub

14 Avqust, 2020 11:08 | Sosial | Baxış sayı: 94
Bakıda dezinfeksiya işləri
Bakıda dezinfeksiya işləri

Sabah səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

İstiPress-in məlumata görə, paytaxtın kommunal strukturlarından bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.