Bayram namazının vaxtı bilindi

14 Avqust, 2018 11:33 | Sosial | Baxış sayı: 394
Bayram namazı qılan müsəlmanlar
Bayram namazı qılan müsəlmanlar

Qurban bayramı gələn həftədir

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb. İlk bayram namazı avqustun 22-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir  məscidində qılınacaq.

Eyni zamanda, Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınacaq. 

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəisə bayram namazını Təzəpir məscidində qılacaq.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 22-si və 23-ü qeyri-iş günüdür.