Sərxoş sürücülərə qarşı reyd: 100 nəfər saxlanıldı

14 Avqust, 2017 09:54 | Sosial | Baxış sayı: 73
Qaxda reyd
Qaxda reyd

Qaxda polis reyd keçirdi

Qaxın turizm bölgəsi oln İlisu kəndi ərazisində keçirilən növbəti reyd zamanı 100-dən çox avtomobil saxlanılıb.

İstiPress-in Şəki-Zaqatala bürosunun məlumatına görə, reyd BDYP alayının 5-ci tağımının və Qax Yol Patrul Xidmətinin iştirakı ilə keçirilib. Keçirilən 3 saatlıq reyd zamanı qayda pozan sürücülərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tətbiq edilib. Həmin sürücülər arasında həm İlisu kəndində istirahətə gələn qonaqlar, həm də yerli sakinlər olub.

Belə ki, polis tərəfindən saxlanılan sürücülərin bəziləri müxtəlif bəhanələr gətirərək, cəzalardan yaxa qurtarmaq istəyiblər. Ancaq onların bütün bu cəhdləri boşa çıxıb və cərimələrdən yayına bilməyiblər. Reydin keçirilməsində əsas məqsəd isə yollarda baş verən qəzaların, yüksək sürət həddini aşan sürücülərin, kobud qayda pozan və qanunsuz avtomobil idarə edənlərin qarşısını almaqdan ibarət olub. Reyd zamanı avtomobildə artıq sərnişin daşıyan sürücülər də cərimələniblər.

Ümumilkdə, yol hərəkəti qaydalarını pozan 35 sürücüyə qarşı YPX əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tətbiq edilib. Bu cür reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.