Bakıda avtomobil yollarından biri 4 gün bağlı olacaq

14 Avqust, 2017 12:27 | Sosial | Baxış sayı: 104
Yeni yol hissəsi
Yeni yol hissəsi

Məhdudlaşdırma avqustun 19-dək qüvvədə olacaq

Paytaxtda avtomobil yollarından biri 4 gün bağlı olacaq.

“Azəravtoyol” ASC-nin Mətbuat katibliyindən İstiPress-ə verilən məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi rayonu Balaxanı-Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad-Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti 15 avqust tarixindən etibarən qismən məhdudlaşdırılacaq.

Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 4 gün avqustun 19-dək qüvvədə olacaq.

“Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat-Məhəmmədi-Pirşağı avtomobil yolundan istifadə etmələrini tövsiyə edir.