ABŞ koronavirus vaksininin istehsalına başlayır

14 İyul, 2020 10:09 | Sosial | Baxış sayı: 66

ABŞ əczaçılıq şirkətləri yayın sonunadək koronavirus vaksininin istehsalına başlamağı planlaşdırır.

İstiPress-in məlumatına görə, bu barədə "Reuters" agentliyi ABŞ Prezidenti Donald Tramp administrasiyasındakı mənbəyə istinadən məlumat verib. "Peyvənd materiallarının istehsalına nə vaxt başlanacaq? Yəqin ki, dörd-altı həftədən sonra. Biz yayın sonuna qədər peyvəndi fəal şəkildə istehsal etməyə başlayacağıq",-deyə administrasiyanın nümayəndəsi bildirib. Onun sözlərinə görə, artıq lazımi avadanlıq və materiallar alınır, həmçinin istehsal üçün ərazi axtarışları davam etdirilir.

Bununla yanaşı, administrasiyadan bildirilib ki, 2021-ci ilin əvvəlinə kimi ABŞ 300 milyon doza peyvənd istehsal etməyi planlaşdırır.