Azərbaycanın ən gənc kəndində son zəng - FOTO

14 İyun, 2019 17:54 | Sosial | Baxış sayı: 220
Son zəng - Xaşmazın Palıdlı kəndi
Son zəng - Xaşmazın Palıdlı kəndi

Bu ilki məzunlardan gözləntiləri çoxdur

İyunun 14-ü respublikanın bütün tam orta məktəblərində olduğu kimi, Xaçmazın Palıdlı kəndindəki məktəbdə on birincilər üçün son zəng çalınıb. 

İstiPress-in şimal bürosunun məlumatına görə, 143 şagirdi olan, 15 müəllimin çalışdığı bu təhsil müəssisəsində bu il 4-cü buraxılış olub. İndiyədək 15 məzunu müstəqil həyata yola salınıb. Bu il isə Palıdlı məktəbini 3-ü qız, 3-ü oğlan olmaqla 6 nəfər 11-ci sinfi bitirib. Son zəng tədbirinə həsr olunan mərasimdə Palıdlı məktəbinin direktoru Səhman Əliyev məzunlara müstəqil həyata atılmaları münasibətilə təbrik edib, onlata həyatın keşməkeşli yollarında uğurla addımlamağı arzu edib. Səhman Əliyevə görə, indiyədək məktəbiin 5 məzunu ali məktəb tələbəsi adına layiq görülüb və bu ilki məzunlardan da gözləntiləri çoxdur.

Son zəng mərasimində məzunlar və birincilər şən musiqi sədaları altında rəqs edib,birgə şənləniblər.Birincilər və sonuncular bir birinə hədiyyələr təqdim ediblər. Sonda Palıdlı məktəbinin bu tədris ilindəki son zəngi çalınıb. Qeyd edək ki, bu il Xaçmazda 1437 məzun doğma məktəbə əlvida deyib.