8 mindən çox müəllimə iş verilib

14 İyun, 2019 12:34 | Sosial | Baxış sayı: 53
İmtahan verən müəllimlər
İmtahan verən müəllimlər

İşə qəbul müsabiqədə iştirak edənlərin sayı 3 dəfədən çox artıb

Yeni müsabiqə mexanizmi əsasında 2018-2019-cu tədris ilində 300 məktəbə yeni direktor təyin edilib. Təhsil Nazirliyindən verilən məlumata görə, məktəb rəhbərlərinin təyinatı sisteminin təkmilləşdirilməsi istiqamətində işlər hazırda davam etdirilir.

Nazirlikdən bildirilib ki, ümumilikdə müddətsiz müqavilə əsasında 4053, müddətli müqavilə əsasında 4500 müəllim işə qəbul edilib. Bu da son illərdə vakant yerlərin 100 faiz tutulması baxımından ən yüksək göstərici olub.

2018-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı 51 mini ötüb. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.