Sabahdan Ramazan tətili başlayır

14 İyun, 2018 09:05 | Sosial | Baxış sayı: 163
Ramazan
Ramazan

Beş gün iş yoxdur

Bu gün həftənin son iş günüdür. Qarşıdakı 5 gündə Azərbaycan ərazisində qeyri-iş günləri olacaq. İstiPress-in məlumatına görə, müsəlman dünyası, o cümlədən Azərbaycanda iyunun 15-16-da müqəddəs Ramazan bayramı qeyd ediləcək.

Lakin bu il Azərbaycanda Ramazan bayramı və Qurtuluş günü üst-üstə düşür. İki bayramla əlaqədar olaraq ölkə ərazisində ardıcıl 5 gün iş olmayacaq. 

Əmək Məcəlləsinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, iyunun 16-sı isə da şənbə gününə təsadüf etdiyindən növbətinin həftənin iki günü qeyri-iş günü elan edilib.

Belə ki,  iyunun 15-i (Qurtuluş günü və Ramazan bayramı), 16-sı (Ramazan bayramı - şənbə), 17-si (bazar günü), 18-i, 19-u (əvəzedici günlər) qeyri-iş günləridir. İş həftəsi ayın 20-dən başlayır.

İyunun 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür və həmin gün də qeyri-iş günü hesab edilir.