Bu gün "Son zəng"dir

14 İyun, 2018 08:20 | Sosial | Baxış sayı: 85
"Son zəng" tədbiri
"Son zəng" tədbiri

Bu zəng 83 001 nəfər üçün çalınacaq

Bu gün Azərbaycan da "Son zəng" çalınacaq. Bununla da 2017/2018-ci dərs ili başa çatır.

Bu il XI sinfi 83 001 şagird bitirəcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 125, XI siniflərini 19 192 nəfər bitirəcək.

Paytaxtda 46 849 nəfər I sinfi, 638 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vuracaq. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən xüsusi məktəblərdə isə IX sinfi 322 nəfər bitirəcək.

2017-2018-ci tədris ilində respublika üzrə 4442 ümumi təhsil məktəbində fəaliyyət göstərən 4767 məktəbəhazırlıq qrupunu 93 960 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına respublika üzrə cəlb olunacaq uşaqların sayının beşyaşlıların 75 faizini təşkil edəcəyi proqnoz edilir.

2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu proqnozlaşdırılır.

Xatırladaq ki, "Son zəng" tədbiri yalnız məktəb daxilində keçirilməli və iki saat davam etməlidir.

Nazirlər Kabinetinin 2014-cü il qərarına əsasən 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.