Azərbaycanda müəllim "Son zəng" zamanı ölüb

14 İyun, 2018 14:32 | Sosial | Baxış sayı: 219
Qadın meyiti
Qadın meyiti

Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.