Səfirlik bu ölkədə yaşayan azərbaycanlılara müraciət etdi

14 May, 2020 14:19 | Sosial | Baxış sayı: 53
AZAL
AZAL

Sənədləri və məlumatlar tələb olunur

Azərbaycanın Polşadakı səfirliyi bu ölkədən vətənə təxliyyə olunmaq niyyətində olan həmvətənlərimizə müraciət edib.

İstiPress-in məlumatına görə, müraciətdə deyilir:

“Hörmətli həmvətənlər!

Xatırladırıq ki, AZAL tərəfindən təşkil edilməsi nəzərdə tutulan mümkün xüsusi reys vasitəsilə ödənişli əsasda təxliyyə edilmək niyyətində olan Polşada yaşayan Azərbaycan vətəndaşları üçün aşağıdakı sənədlərin və məlumatların 14.05.2020-ci il gündüz 12:00-a qədər səfirliyin warsaw@mission.mfa.gov.azelektron ünvanına göndərilməsi tələb olunur.

1) Pasportun surəti;

2) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surəti;

3) Polşada yaşamağı təsdiq edən sənədin surəti;

4) Telefon nömrəsi;

5) Statusunuz, Polşaya səfərin məqsədi (tələbə, işçi, turist, müalicə və s);

6) Azərbaycana qayıtmaq üçün bilet olduğu təqdirdə surəti;

7) Polşaya gəlmə tarixi;

8) Yerləşdiyiniz şəhər”.