Cavan oğlanı at vurdu - vəziyyəti ağırdır

14 May, 2020 11:29 | Sosial | Baxış sayı: 97
Qarabağ atları
Qarabağ atları

Rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib

Bərdə rayonunda at 32  yaşlı gənci vuraraq ağır xəsarət yetirib.

İstiPress-in məlumatına görə, hadisə rayonun Otuzikilər kəndində baş verib.

Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Şükürov Asəf Etibar oğlu atın vurduğu zərbədən ağır xəsarət alıb. Yaralı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
 
Faktla bağlı araşdırma aparılır.