Bir neçə rayon qazsız qaldı

14 May, 2020 11:54 | Sosial | Baxış sayı: 136
Qaz kəsintisi
Qaz kəsintisi

Günün sonuna kimi davam edəcəkl

Bu gün səhər saatlarından şimal bölgəsinin Qusar, Şabran və Siyəzən rayonlarına təbii qaz verilişi dayandırılıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, buna səbəb mağistral qaz xəttində təmir işlərinin aparılmasıdır.

Azəriqaz İB-nin Xaçmaz regional qaz istismarı idarəsinin Qusar sahəsindən bu barədə məlumat verilib. Günün sonunadək-saat 18-dək bu 3 rayona qaz verilişinin bərpa ediləcəyi bildirilub.