Xaçmazda güclü dolu ağacları belə qırdı VİDEO

14 May, 2019 14:12 | Sosial | Baxış sayı: 377
Dolu
Dolu

Ötən gün yağan dolu kənd təsərrüfatına ciddi ziyan vurub

Ötən gün Xaçmaz rayonuna yağan güclü dolu kənd təsərrüfatına ciddi ziyan vurub. Bu barədə İstiPress-in Şimal bürosuna İcra Hakimiyyəti başçısının müavini, rayon FHK sədri Bəxtiyar Osmanov məlumat verib.

Onun sözlərinə görə, dolu rayonun Xaçmaz şəhəri daxil olmaqla 81 kəndində əsasən meyvə ağaclarına ziyan vurub: "Ərik, alça, gavalı, gilas ağaclarının çiçəklərini və tumurcuqları tökülüb. Bəzi ərazilərdə yeni əkilmiş pomidor şitilləri kökündən çıxıb. Taxıl sahələrinə də zərər dəyib". 

B.Osmanov bildirib ki, güclü dolunun vurduğu ziyanla bağlı İH başçısı Şəmsəddin Xanbabayevin sərəncamı ilə komissiya yaradılıb. Komissiya üzvləri bu gün ən çox zərəçəkən Çaykənarı kəndində olub, sakinlərlə görüşüblər.

FHK sədri zərər qeydə alınan bütün kəndlərəd araşdırma aparılacağını deyib.

Xatırladaq ki, ölçüsü qoz boyda olan dolu yağışı 20 dəqiqəyə kimi davam edib.