Sürücülərin nəzərinə - Bakıdakı bu yollardan uzaq durun

14 May, 2018 12:15 | Sosial | Baxış sayı: 75
Yol təmiri
Yol təmiri

Eyni zamanda bir neçə yolda təmir başlayıb

Bakının maşın sürmək üçün ən proqblemli yolları açıqlandı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin verdiyi məlumata görə, hazırda Bakı şəhərində və şəhər ətrafında bir-neçə ərazidə, daha dəqiqi Mir Cəlal, Əsəd Əhmədov, Təbriz və Məhəmməd Hadi küçələrində, Babək prospektində, həmçinin Xırdalan-Binəqədi, Buzovna-Mərdəkan, Lökbatan-Qızıldaş-Güzdək, Səngəçal-Çeyildağ, Mehdiabad-Pirşağı, Maştağa-Nardaran avtomobil yollarında təmir işləri aparılır.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Bundan başqa Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Dairəvi 1 avtomobil yolunda əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq 14 may tarixində axşam saatlarınadək sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.