Ramazan ayı nə vaxt başlayır?

14 May, 2018 11:08 | Sosial | Baxış sayı: 9636
Ramazan ayı
Ramazan ayı

Fətvanın veriləcəyi tarix açıqlandı

On bir ayın sultanı, müqəddəs Ramazan ayı ilə bağlı sabah Qafqaz Müsəlmanları İdarəsi fətva verəcək. Qurumdan İstiPress-ə verilən məlumata görə, may ayının 15-də Qazilər Şurasının iclası keçiriləcək.

QMİ-nin may ayı üçün tərtib etdiyi təqvimə əsasən u il Ramazxan ayının 1-i mayın 17-nə təsadüf edəcək. Ramazan bayramı, Şəvval ayının 1-i və 2-si isə iyunun 15-16-a düşür.

Xatırladaq ki, ötən il Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə mayın 27-nə təsadüf edib. Ramazan bayramı isə Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyun ayının 26-na düşüb. 

Namaz təqvimi
Namaz təqvimi