"Facebook"a məxsus xidmətlərin işində problem yaranıb

14 Aprel, 2019 15:37 | Sosial | Baxış sayı: 62
Facebook
Facebook

Problem Azərbaycanla yanaşı, ABŞ, Yunanıstan, Britaniya, İspaniya və s. ölkələrdə də müşahidə olunur

"Facebook"a məxsus sosial şəbəkələrdə, o cümlədən "Instagram", "Whatsapp" və "Messenger" proqramlarının işində problem yaranıb.

İstiPress-in məlumatına görə, bu barədə sosial şəbəkələrin və veb səhifələrin işini müşahidə edən "DownDetector.com" məlumat yayıb. 

Sosial şəbəkə istifadəçiləri xüsusən xəbər lentində, yazışmalarda problemlərin olmasından şikayət edirlər.

Problemlər Azərbaycanla yanaşı, ABŞ, Yunanıstan, Britaniya, İspaniya və digər ölkələrdə müşahidə olunur.