Rayon sakinlərini çox qorxudan hadisə

14 Aprel, 2018 16:30 | Sosial | Baxış sayı: 662
Xızıda hadisəyə səbəb olmuş elektrik dirəyi
Xızıda hadisəyə səbəb olmuş elektrik dirəyi

Xızı qəsəbəsində örüşdən qayıdan irubuynuzlu qaramalı elektrik cərəyanının vurması sakinlərdə həyəcan yaradıb. 

İstiPress-in şimal bürosuna bu barədə Xızı qəsəbəsinun sakinləri məlumat veriblər. Məlumata görə, "Azərişıq ASC"nin Xızı şöbəsi qəsəbədə yenidənqurma işləri çərçivəsində basdırdığı  10 min kv-luq elektrik dirəyinə toxunan dananı elektrik vurub.

Digər ehtimal isə torpaq yaş olduğundan heyvanı 1 metr aralıdakı 220 voltluq elektrik dirəyindən gələn tok vurub və heyvan tələf olub.

Sakinlərin sözlərinə görə, Elvin Məmmədova məxsus heyvanı ailənin xanımı tok vurmamaq üçün iplə çəkib, amma heyvanı xilas edə bilməyib.

Qəsəbənin mərkəzində yüksək gərginlikli xəttlərin basdırılmasını qanunsuz hesab edən sakinlər həmin dirəklərin hələ istifadəsiz ola-ola belə fəsad törətməsindən narahatdırlar. Düşünürlər ki, istifadəyə veriləndən sonra fəsadlarının daha pis nəticə verəcəyi qaçılmazdır.

Xızı icra hakimiyyəti vasitəsilə "Azərişıq" SC-nin rayon şöbəsindən heyvanın cərəyan vurma nəticəsi ölmədiyi, dirəkdə  hələ gərgunlik olmadığı bildirilib. İcra hakimiyyətindən məsələni qarşıdakı həftənin ilk günü araşdırıb münasibət bildirəcəyi deyildi. Amma maraqlıdır: dilsiz-ağılsız heyvan bəs nədən tələf olub?