Azərbaycana aprel də qar yağdı FOTOLAR

14 Aprel, 2018 10:55 | Sosial | Baxış sayı: 443
Qarlı hava
Qarlı hava

Qarlı hava şimal bölgəsində müşahidə edilib

Bir neçə gün müşahidə edilən yaz havasından sonra ölkədə yenidən hava qeyri-sabitləşib. İstiPress-in məlumatına görə, soyuq hava özünü daha çox Şimal bölgəsində göstərib.

Şimal büromuzun məlumatına görə, axşam saatlarından şimal rayonlarının dağlıq ərazilərinə yenidən qar yağıb. Yağıntı əsasən Qubanın Xınalıq, Qusarın Ləzə kəndlərində müşahidə edilib.

Xınalıq sakinlərinin verdiyi məlumata görə, qarın hündürlüyü bir neçə sm-ə çatıb. Kənddə havanın temperaturu da əvvəlki günlərlə müqayisədə 5-8 dərəcə aşağı düşüb. Hələlik yollarda və enerji verilişində problem müşahidə olunmur.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bir neçə gün öncə hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Aprelin 13-ü qərb rayonlarından başlayaraq aprelin 16-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xınalıq 14.04.2018
Xınalıq 14.04.2018