Məktəblərdə tətil uzana bilər

14 Mart, 2020 09:17 | Sosial | Baxış sayı: 5483
Dezinfeksiya
Dezinfeksiya

Nazirlər kabinetinin rəsmisi məsələ yenidən müzakirə oluna biləcəyini deyib

"Təhsil ocaqlarında dərslər martın 27-dək dayandırılıb. Həmin vaxta bir neçə gün qalmış vəziyyət yenidən qiymətləndiriləcək və ola bilər ki, təhsil müəssisələri ilə bağlı əlavə qərar verilsin".

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, martın 27-nə yaxın bir vaxtda məsələ yenidən müzakirə oluna bilər.

Qeyd edək ki, martın 14-ü saat 00:00-dan ölkədə 1 aylıq xüsusi rejim tətbiq olunmağa başlayıb. Ölkə ərazisində tədris müəssisələrində əvvəlcə martın 3-dən 10-na, sonr aisə ayın 27-dək tətil elan edilib.