Bakıda 18 yaşlı gəlin yoxa çıxıb - FOTO

14 Mart, 2019 16:57 | Sosial | Baxış sayı: 272

Martın 8-də axşam saatlarından etibarən itib

Bakının Sabunçu rayonu ərazisində yenicə ailə qurmuş gəlin yoxa çıxıb.

İstiPress-in məlumatına görə, bu barədə musavat.com-a itən gəlinin yaxınları məlumat verib.

18 yaşlı İsmayılova Sevda Cəbi qızı martın 8-də axşam saatlarından etibarən itib.  

Hadisə barədə polisə məlumat verilib. Hazırda DİN-in əməkdaşları əməliyyat-axtarış tədbirlərini davam etdirir.