Bu yollar gecədən səhərə kimi bağlı olacaq

14 Mart, 2018 16:32 | Sosial | Baxış sayı: 158
Bağlanacaq yol
Bağlanacaq yol

Buna səbəb "Sovetski"də aparılan işlərdir

Bakının mərkəzi yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Nəqliyyat Agentliyindən İstiPress-ə verilən məlumata görə, Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində abadlıq və yenidənqurma işləri aparılır.

Bununla əlaqədar 15, 16 mart tarixlərində saat 00:00-dan 06:00-a qədər Ş.Qurbanov küçəsinin S.Əsgərova küçəsi ilə kəsişməsindən M.Füzuli küçəsinə qədər, M.Füzuli küçəsinin Ş.Qurbanov küçəsi ilə kəsişməsindən N.Nərimanov prospektinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq B.Məcidov küçəsi və N.Nərimanov prospektindən istifadə etmələri tövsiyə edilir.