Qubada yenə qar başladı, yol bağlandı VİDEO

14 Fevral, 2020 10:59 | Sosial | Baxış sayı: 214
Qarlı hava
Qarlı hava

Qarlı yolları "UAZ"la belə keçmək mümkün deyil

Son günlər Qubada yağan güclü qar dağ kənd yollarında nəqliyyatın hərəkətində problem yaradıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, rayonun Xaltan, Xınalıq istiqamətində küləyin qarı yola sovurması nəticəsində yollar bağlanıb.

Artıq yol istismar idarələrinin əməkdaşları həmin ərazilərdə bağlanmış  yolların açılmasını təmin ediblər. Quba yol istismarı idarəsinin rəisi Gülağa Əliyevin verdiyi məlumata görə, Xınalıq yolunun qar səbəbindən bağlanmış 51-55-ci km-likləri təmizlənib, nəqliyyatın hərəkətindəki maneə aradan qaldırılıb.

Qarın yaratdığı yol çətinliyindən ən çox əziyyət çəkən isə Dalıqaya kəndinin sakinləridir. Sakinlərin sözlərinə görə, müşahidə edilən qasırğa qarlı havalarda çox çətinlik yaradır və nəqliyyatın hərəkəti mümkünsüzləşir. Hətta "UAZ" markalı maşınlar belə hərəkət edə bilmirlər. 

Söhüb kənd bələdiyyəsinin sədri Hacıbala Hacıyevin sözlərinə görə, həmin ərazidə yenidən qar yağmağa başlayıb. Texnika artıq yaxına gətirilib. Hava şəraiti imkan versə, Dalıqaya kəndində də qarlı yolların təmizlənməsi başa çatacaq.